Azərbaycanda ailənin normal yaşayışı üçün nə qədər vəsait lazımdır? Ekspertlərdən məsələ ilə bağlı AÇIQLAMA

Cəmiyyət 11:01 28.10.2022

Son vaxtlar Azərbaycanda bahalaşma əhalinin narazılığına səbəb olur. Ailələrin normal yaşaması üçün nə qədər vəsait lazımdır?

Ednews bu barədə ekspertlərin münasibətini öyrənib. Cavabları təqdim edirik.

İqtisadçı-ekspert Nazim Bəydəmirli qeyd edib ki, Azərbaycanda ailələrin normal yaşayışının təmin edilməsi üçün liberal iqtisadi tədbirlər görülməlidir.

“Dükan-bazarda gedən bahalaşma, kommunal ödənişlər və digəri zəruri xərclər vətəndaşların sosial həyatına və rifahına mənfi təsir göstərir. Azərbaycan vətəndaşları bahalaşmadan narazıdırlar. Sosial müdafiəyəyə ehtiyacı olan şəxslər son zamanlar həm kommunal ödənişlərin yüksək olmasından, həm də ərzaq və istehlak malların qiymətlərinin bahalığından daha çox əziyyət çəkirlər. Ölkəmizdə sosial problemləri olan şəxslərin sayı getdiqcə artmaqdadır. Hesab edirəm ki, bir ailənin normal yaşaması üçün min manatdan daha yuxarı vəsait lazımdır. Bu vəsait təkcə onların sosial ehtiyaclarının təmin edilməsinə yox, həmçinin kommunal və digər zəruri xərclərin ödənilməsinə yardım edə bilər”.

İqtisadçı hesab edir ki, Azərbaycanda sosial problemlərin aradan qaldırılması və sosial həyat standartlarının təminatı istiqamətində ciddi addımlar atılmasına zərurət var. 

“BMT-nin statistikasına görə, Azərbaycan vətəndaşları 70 %-dən yuxarı aylıq gəlirlərini xərcləyirlər. Demək olar ki, Azərbaycan vətəndaşları istirahətə və başqa bir inkişafı üçün vəsait xərcləyə bilmirlər. Gəlirlərin əksəriyyətini ancaq qida məhsullarına və kommunal ödənişlərə xərcləyirlər. Hökumət bu məsələləri nəzərə almalıdır. Hesab edirəm ki, ölkəmizdə vətəndaşların daha çox maliyyə əldə etməsi üçün liberal iqtisadi imkanlar yaradılmalıdır, eləcə də monopoliya və məmur sahibkarlığı aradan qalxmalıdır. Eyni zamanda kommunal xidmət qurumları – “Azərsu”, “Azəriqaz” və “Azərenerji” doğru-dürüst idarə olunmur və onların yüksək maya dəyəri əhalinin üzərinə yüklənilir”.

Sosioloq Sahib Altay bildirib ki, Azərbaycanda aylıq xərclər hər bir şəxsə yox, ailəyə görə hesablanır.

Onun sözlərinə görə, ölkəmizdə minimum əmək haqqı (300-350) yalnız bir şəxsin payına düşür, ümumi ailəyə şamil olunmur.

“Azərbaycanda bir ailənin aylıq normal və ya orta səviyyədə yaşamı üçün minimum 1200-1500 manat civarında gəlir olmalıdır. Hər il dövlət orqanları və qurumları tərəfindən bir ailənin yaşam ehtiyacları və xərclərini əks etdirən rəsmi statistika sənədləri çıxarılır. Bu ehtiyaclar və xərclər sırf aylıq tələbatlar üzərində hesablanır. Bir ailənin tələbatında yalnız qida məhsulları, kommunalar ödənişlər və digər xərclər nəzərə alınır. Əslində bu, yalnış bir siyasətdir. Əgər normal yaşayışdan danışırıqsa, burada valideynin uşağını əyləncə mərkəzinə aparmasından tutmuş tibii xidmətlərə qədər hər şeyə diqqət yetirilməlidir. Həmçinin ümumi tələbatlardan əlavə, ailə çıxarları da nəzərə alınmalıdır. Ailələr və ailə üzvü olan hər bir şəxs üçün aylıq xərclər müəyyən olunmalıdır. Şəhərdə yaşayan kasıb və ya orta səviyyəli ailənin 1200 manatdan yuxarı gəliri olmalıdır ki, özünü dolandıra bilsin”.  

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı