Məhkəmədə Rasim Məmmədova xəbərdarlıq edilib

Cəmiyyət 19:58 04.11.2022
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Ednews xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti ilə çağırılmış iki şahid ifadə verib. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə "Baku Streel Company"nin sabiq maliyyə direktoru Çingiz Həsənovun da prosesə çağırıldığı bildirilib. Şahid qismində ilk olaraq, "Röyal City"nin rəhbəri Tamara Seyidxanova dindirilib. İttihama görə, metal qırıntıları satışı ilə məşğul olan şirkət fəaliyyət göstərdiyi müddətdə qiymətlərin şişirdilməsi yolu ilə 1 milyon 250 min manat pul qazanıb. Şahid Tamara Seyidxanova isə ifadəsində şirkətin dəmir qırıntıları satışından ümumiyyətlə, pul qazanmadığını deyib: ""Röyal City" cəmi altı ay fəaliyyət göstərib, həmin dövrdə də ancaq ziyana işləyib". Rasim Məmmədov şahidin dediklərinin doğru olduğunu deyərək şirkətin ziyana işlədiyini qeyd edib. Bundan sonra "Baku Steel Company" və "Röyal City" də audit yoxlaması aparmış müstəqil auditor Səftər Həsənəliyev ifadə verib. Şahidin sözlərinə görə, "Baku Steel Company"də 1 ilə yaxın yoxlamalar keçirilib. Araşdırma zamanı həm qeyd olunan şirkətdə, həm "Röyal City" MMC-də qanunsuzluqlar müəyyən olunub. Bundan sonra toplanmış materiallar istintaq orqanına təqdim olunub. Rasim Məmmədov mütəxəssisin dediklərini təkzib edib. Audit yoxlaması zamanı çıxarılmış rəqəmlərin həqiqətə uyğun olmadığını deyib. Rasim Məmmədov danışarkən məhkəməyə sədrlik edək hakim Leyla Əsgərova-Məmmədovaya müraciətdə "deyirəm ki, anlayasız", "başa düşəsiz" deyə müraciət edib. Bu zaman hakim Rasim Məmmədova xəbərdarlıq edib, məhkəmədə düzgün danışıq qaydasına əməl etməsini tələb edib: "Siz həddinizi aşırsınız, məhkəmə ilə danışıq qaydası var". Danışıq tərzinə görə, hakim Novruz Kərimov da Rasim Məmmədova irad bildirib: "Məhkəməyə “anlayasız” deyə bilməzsiniz. Biz anlayırıq ki, burda oturmuşuq". Bu zaman sədrlik edən hakim fasilə elan edərək, məhkəməni yarımçıq saxlayıb. Proses qısa fasilədən sonra davam etdirilib. Bundan sonra auditor, Rasim Məmmədov və Çingiz Həsənov müxtəlif epizodlarlarla bağlı paralel müzakirələr aparıblar. Proses noyabrın 11-də davam etdiriləcək. Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
Hamısı