Bakı şəhərində İkinci Şəhidlər xiyabanına insan axını başlayıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Ednews xatırladır ki, 2-ci Qarabağ savaşında qazanılan böyük qələbədən iki il ötür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli imzaladığı sərəncəma əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.