Paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən “Dostluq” kinoteatrının arxasında yerləşən keçmiş yataqxananın ərazisi narkomanların əsas məkanlarından birinə çevirilib.
Ednews-un əldə etdiyi məlumata görə, tələbə yataqxanasının ətrafında 35-saylı tam orta məktəb, bir çox sayda yaşayış binaları var. Bu iddia ilə yaxınlıqda yaşayan sakinlər çıxış ediblər. Onların sözlərinə görə belə vəziyyət uzun müddətdir ki, davam edir.
Sakinlərin dediklərinə görə, onlar bir neçə dəfə müxtəlif orqanlara müraciət etsələr də qarşı tərəfdən cavab almayıblar.
Bina sakinləri şikayət edərək bunları söyləyibər:
"Günün müxtəlif saatlarında narkomanlar burda məskən salırlar. Xüsusilə axşam 6-7 arası gəlirlər, mal vururlar, yatırlar, nəşələnirlər. Bu proses demək olar hər gün təkrarlanır. Onların əlindən ətrafda qorxu hökm sürür”.
Binanın içərisində falqanın içində bükülmüş halda narkotik vasitələrin qalıqları aşkar edilib. Həmçinin, binanın içində istifadə olunmuş çox sayda şrislər var.
Ednews-un əməkdaşı sözügedən binada olub və görünən mənzərəni kameranın yaddaşına köçürüb.
Sözügedən fotoları təqdim edirik:
Xəbər: Oğuz Ayvaz
Fotolar: Fariz Faiqoğlu