Müdirini zəhərləyib 423 min dollarını talayan qadından xəbər var

Cəmiyyət 19:38 14.11.2022
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Ednews Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nəsimi filialının əməkdaşı Arzu Bəşirova bildirib ki, təqsirləndirilən şəxs çalışdığı bankın daimi müştərisi olub. O deyib ki, N.Fabriçnaya adına kart açılması üçün banka müraciət edib: "Biz də dedik ki, əlavə kart olaraq Əfqan Zeynalovun adına aça bilərik. Kart hesabını isə onun adına açmağı söylədik. Əlavə kart hazırlayan da Əfqan müəllimin özü iştirak edib. Bu kartı açmaqda əsas şəxsin özü iştirak edə də bilər, etməyə də. Kartın hesabına 30 min dollar köçürüləndə Nelli xanım banka Əfqan bəylə gəlmişdi". Digər şahid Suğra Həsənova deyb ki, 2018-ci ildən zərərçəkmiş Əfqan Zeynalova məxsus şirkətdə mühasib işləyib. O deyib ki, təqsirləndirilən şəxsin otağında müxtəlif dərman preparatları olub: "Mən görürdüm ki, bütün vəsaitlər Nellinin əlindədir. Bu da təbii ki, bizi narahat edirdi. Əfqan müəllim bütün səlahiyyətləri ona vermişdi. O, xadiməni işdən çıxardı. Onun yerinə isə Mehriban adlı xanımı işə götürdük. Sonradan çox yaxın rəfiqə oldular. Mehriban Əfqan müəllimi güdürdü. Sonradan gördük ki, Mehribanın sosial vəziyyəti yüksəldi və işə artıq taksi ilə gedib-gəlir. Mən Nelli ilə söhbət edəndə dedim ki, oğlum kredit götürmək istəyir. Nelli isə mənə kömək edəcəyini söylədi. Təəccübləndim. O, qardaşının imkanının yaxşı olduğunu söylədi". "Əfqan müəllimin bütün dərmanlarını ancaq Nelli verirdi. Biz də təəccüblənirdik ki, bu qədər dərman nəyə lazımdı axı? Çox yalançı qadın idi və kollektiv arasında nifaq yaradan şəxs olub. Əfqan Zeynalov onun seyfində olan 300 min dolların oğurlandığını dedi. Bu əməlin Nellinin törətdiyini biləndə ona iltizam ərizəsi yazdırdı. Nelli iltizamda yazmışdı ki, məsuliyyəti öz üzərinə götürür və pulları qaytaracaq", - S.Həsənova vurğulayıb. Prosesdə şahid qismində dindirilən zərərçəkmişin qardaşı Mamed Zeynalov isə bildirib ki, 2008-ci ildən qardaşı ilə birgə yol tikintisi işləri ilə məşğul olur: "Yol tikintisi işləri ilə bağlı Kəlbəcərdə idim. Bacım Əfqanın ağır vəziyyətdə olduğunu dedi və məni Bakıya çağırdı. Onlara gedəndə qardaşımın dərmanlarının dərhal atılmasını tələb etdim. Həkimə apardım və məlum oldu ki, Əfqan zəhərlənib. Əfqan texnikanın alınması üçün bizə pul göndərməli idi. Pul barədə soruşanda Nellinin oğurladığını söylədi". Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib. İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. Ətraflı Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub. Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub. İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub. Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub. İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib. Məhkəmədə ifadə verən N.Fabriçnaya ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlili olduğunu deyib. O bildirib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib.
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Hamısı