“İran ideologiya olaraq İslamı əsas götürüb. Onun gətirdiyi İslam bölücülük analyışını gətirir”.
Ednews xəbər verir ki, bu sözləri dinşünas Elşad Miri ARB 24 kanalında canlı yayımlanan "İşgüzar saat"ı verilişində İran haqda fikir bildirərkən deyib:
“Bu gün onların etdikləri, azərbaycanlıların məktəbinin, tədrisinin, dilinin olmamağı göz önündədir. Eyni zamanda onlar sanki Allahlıq obrazına əsaslanaraq bunu həyata keçirirlər. İran hər nə qədər İslam respublikası olsa da faktiki olaraq Vatikan kimi teokratik ölkənin fərqli bir versiyasıdır”.
E.Miri molla rejiminin İranda süquta uğrayacağından da danışıb:
“İslam dinində məcburiyyətlər yoxdur. Namaz qılmayanı cəzalandır, başını örtməyəni cəzalandır və.s. Bu kimi məsələlər Quranda yoxdur, yazılmayıb. Heç bir zaman bunları görə bilməzsiniz. Din anlayışı ortadan qalxmalıdır. Çünki onların əlində din ideologiyadır. İrandakı gənclər azadlıq istəyirlər. Rejim məhv olmalıdır, artıq toxum orada cücərib, bəhrəsini verir. Ya onlar islahat adı altında bu yanlışlardan qurtulmalıdırlar, yaxud da buna davam etdirərək öz sonlarını gətirməlidirlər, bunun başqa çıxış yolu yoxdur”.
Oğuz Ayvaz