“525”-ci qəzetin 30 illiyi qeyd olundu

Cəmiyyət 15:20 17.11.2022

Bu güm “525”-ci qəzetin 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutub.

Ednews xəbər verir ki, tədbirdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, “Elm və həyat” jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova, Fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə, sabiq təhsil naziri Misir Mərdanov, filologiya elmləri doktoru Nadir Məmmədli, Əməkdar Elm Xadimi Qəzənfər Paşayev, Tarix elmləri doktoru, professor Abbas Seyidov, "525-ci qəzet”in baş redaktorunun müavini Yusif Rzayev, professor Nurbay Cabbarov, filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas Teymur Kərimli və digər tanınmış şəxslər, media nümayəndəli iştirak edib.

Tədbir AMEA-nın prezidenti İsa Həbibbəylinin çıxışı ilə başlayıb. O, qeyd edib ki, “525”-ci qəzetin müstəqil dövrümüzdə ən uğurlu mətbuat orqanıdır. “525”-ci qəzet müasir dövrün ədəbi məktəbidir”.

O, həmçinin, qəzetin baş redaktoru Rəşad Məcidi Mətbuat Şurasının yeni sədri seçilməsi münasibəti ilə təbrik edib.

"Müstəqil mətbuat yaradıb inkişaf etdirmək istəyənlər üçün “525”-ci qəzet sözün əsl mənasında canlı nümunədir. Bu qəzet yeganə mətbuat orqanıdır ki, illərdir reallıqları olduğu kimi çatdırmağa nail olub",- deyə İ.Həbibbəyli deyib.

İsa Həbibbəyli, “525”-ci qəzetin müəllifləri barədə də məlumat verib. O, qəzetin müəlliflərinin çoxpalitralı olmasından, bir çox ziyalıları öz ətrafında topladığını qeyd edib.

AMEA-nın həqiqi üzvü Teymur Kərimli “525”-ci qəzetin Azərbaycan mətbuatının yarandığı dövrdən keçdiyi inkişaf dövrlərini və ənənələrini özündə əks etdirdiyini bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışı zamanı qəzetin hər zaman öz təmkinli mövqeyini qoruyub saxladığını bildirib. O, “525”-ci qəzetin keçdiyi uzun yoldan da söz açıb. Sədr həmçinin, çıxış edən şəxslərə öz təşəkkürünü bildirib.

"525”-ci qəzetə gələnlər qısa müddətdə bu mətbuat orqanının ab-havasına öyrəşirlər. Bu mənim üçün sevindirici haldır ki, bir çox gənclər məhz bizim qəzetlə əməkdaşlıq edirlər. Gələcək illərdə də, nə qədər texnologiya inkişaf etsə də, “525”-ci qəzet hər daim yaşayacaq".

Cahangir Məmmədli “525”-ci qəzetin onun üçün özəl olduğunu xüsusi vurğulayıb. O, “525”-ci qəzetin ictimailəşdirmə yolunda özünəməxsus rolu olduğunu bildirib. C.Məmmədli, həmçinin qəzetin ətrafında toplaşan jurnalistlərin əksəriyyətinin məhz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yetirmələri olduğunu qeyd edib.

Misir Mərdanov çıxışı zamanı Rəşad Məcidin təsis etdiyi mətbuat orqanının mətbuatdakı əvəzsiz rolundan söz açıb.

Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Ənvəroğlu “525”-ci qəzetin təkcə Azərbaycanda deyil, eləcə də Türkiyədə oxucularının olduğunu qeyd edib. O, Rəşad Məcidi türk qardaşlığında "xəzinə" adlandırıb.

AMEA adından “525”-ci qəzetin baş redaktoru Rəşad Məcidə "Şuşa qalası" hədiyyəsi təqdim edilib.

Tədbirdə həmçinin “525”-ci qəzetin Azərbaycan Mətbuat tarixində özünəməxsua rolu olduğu vurğulanıb.

Qeyd edək ki, qəzet 1992-ci ildən bəri Azərbaycan Respublikasında nəşr edilir.

Nəzrin Beydiyeva 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
Hamısı