Mütəxəssislərdən həyəcan TƏBİLİ Süni ət sonsuzluq yaradır!

Cəmiyyət 14:17 24.11.2022

2030-cu ilə qədər bazarlara kök hüceyrədən əldə olunan  süni toyuq əti satışa çıxarılacaq. 

Ednews xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi süni toyuq ətinin satışına icazə verib. Aparılan tədqiqatlara əsasən 2030-cu ildə laboratoriya şəraitində hazırlanan süni ət istehsalının canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabətdə olacağı gözlənilir. 

Bəs, süni ətdən istifadə etmək nə dərəcədə düzgündür? Onun hansı zərərləri var?

Məsələ ilə bağlı Ednews-a açıqlama verən qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova süni ətin həm tərkibinin zənginliyinə, həm də orqanizmə faydalarına görə heç zaman təbii əti əvəz edə bilməyəcəyini bildirib:

“Əvvəlcə qeyd edim ki, sadəcə toyuq deyil, dana, keçi, qoyun ətinin də süni formaları da hazırlanır. Ət heyvanın kök hüceyrələrinin alınaraq bir çox qida və qeyri-qida maddələri ilə qarışdırılaraq hazırlanır. Bir çox hallarda bu, laboratoriya şəraitində hazırlanır. Bu şəraitdə hazırlandığı üçün də, müəyyən əzələ kütləsini, görünüşünü, dadını almaq üçün müəyyən kimyəvi maddələr də istifadə olunur”.

M.Hüseynova süni ətin hazırlanmasında zülal tərkibli maddələrdən istifadə edildiyini vurğulayıb:

“Ət zülal tərkibli qidadır və zülal mənbəyi göbələklərdən alınır. Çünki, göbələklər ən kiçik zülal mənbəyi hesab olunan bitkilərdir. Hazırlanan ətlər, daha çox heyvan kəsimlərinin və onların havaya yaydığı zəhərli qazların qarşısını almaq üçün olsa da, dünyanın hər yerində “eyni dad”-ı təmin etmək məqsədi də güdür”.

Ekspert bu istehsalın artacağı təqdirdə milli yemək mədəniyyətinə də təsir edəcəyini açıqlayıb.

“Süni ət vegetarianlar üçün əlavə qida mənbəyi kimi hallandırılsa da, süni müdaxilə olunan hər hansı bir qida təbii qidanı əvəz edə bilməz. Əsasən İslam ölkələrində bu ətin haram, yaxud halal olması ilə də bağlı mübahisələr gedir. İki mühüm məsələ mövcuddur ki, bu kök hüceyrələr halal kəsilmiş heyvanlardan mı alınır, yaxud islam aləminə ənənəvi xas olmayan heyvanlardan mı alınır”.

Mütəxəssis, süni ətin çoxsaylı qida maddələri ilə zənginləşdirilməsinə baxmayaraq, təbii ət kimi orqanizmə yararlı olmadığını da qeyd edib:

“Təbii ətin tərkibindəki dəmir və zülal qaynağı da təbii şəkildə yarandığı üçün orqanizmimiz bu maddələri tanıyır. Məhz bu səbəblə də, sözügedən maddələr orqanizmimiz tərəfindən həzm oluna bilir. Süni ətə isə müdaxilə olunduğu üçün, əldə olunan qarışıq maddələr toplusu orqanizmimiz tərəfindən həzm oluna bilmir”.

Məhsəti Hüseynova həmçinin bu qidaların insanların gələcəyinə zərər verdiyini də bildirib:

“Süni ət kimi qidaları qəbul edən insanlar müəyyən dövr keçdikdən sonra onun fəsadları ilə üzləşirlər. Belə ki, insanların gələcək nəsil artırma qabiliyyətinə təsir edəcək qədər zərərlidir”.

Qida mütəxəssisi süni ət istehsalının dünyada vüsat aldığı müddətdə Azərbaycana da təsir edəcəyi barədə xəbərdarlıq edib:

“Hazırda Azərbaycanda birbaşa süni ət hazırlanması prosessi getmir. Çünki, bu laboratoriya üsuludur və həddindən artıq baha başa gəlir. Amma bu, o demək deyil ki, Azərbaycana süni ət hələ ki idxal olunmayıb. Bir çox “Fast food” şəbəkələrində mövcud olan ətlər də bu tiplidir və heç də sağlam hesab edilmir. Çünki, bu ətlərə də süni müdaxilələr olunur və bəzən isə qeyri-qida maddələrindən istifadə edərək onların yararlılıq müddəti artırılır”.

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla isə genetik modifikasiya olunmuş süni ərzaqların ortaya çıxmasını dünyada artan əhali sayı ilə əlaqələndirib:

“Bu gün dünya əhalisinin qidalanması ilə bağlı, çox ciddi problemlər mövcuddur.  Qida təhlükəsizliyi məsələsi ciddi səviyyəyə yüksəlib. Bu gün dünyanın inkişaf etmiş ölkələrinə nəzər salsaq mağazalarda üçüncü ölkələrin malalrına rast gələcəksiz. Bu isə qidalanmanın çox təhlükəli bir hala çevrildiyinə nümunədir”.

Ümumilikdə, insanları sağlam və düzgün qidalanmağı məsləhət görürük. Belə olduğu halda, həm onlardan törəyən nəsillər sağlam olacaq, həm də qeyri-qida əlavələrindən istifadə minimum səviyyəyə enəcək.

Nəzrin Beydiyeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı