Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Qarabağ” ordenli, Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Mais Orucəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ednews xəbər verir ki, mərhum polkovnik Türkiyədə vəfat edib.
Qeyd edək ki, M.Orucəliyev Biləsuvarda dəfn ediləcək.
Xatırladaq ki, 2016-cı ildə M.Orucəliyev “Hərbi xidmətə görə” medalı, həmçinin Azərbaycan Prezidentinin 2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni ilə də təltif olunub.