Niyə oğlan uşaqlarına daha çox üstünlük verilir? - ARAŞDIRMA

Cəmiyyət 20:00 29.11.2022

Hələ qədim zamanlarda, xüsusi ilə Şərq ölkələrində qadınlara verilən qiymət çox aşağı səviyyədə idi. Qadınlar demək olar ki, bu cəmiyyətdə şəxsiyyət kimi rolu yox idi və bütün hüquqları pozulurdu. 

V-VII əsrlərdə ərəblər doğulan qız uşaqlarını diri-diri torpağa basdıraraq, onları məhv edirdilər. Müasir dövrdə isə bu diri-diri basdırılma öz yerini abortlara təslim edib. Hazırda da qız uşağına hamilə qadınlar çox zaman ərləri, qayınanaları tərəfindən abort edilməyə məruz qoyulur.

İslamdan əvvəl ərəblər qız uşaqlarını öldürmürdülər? – İDDİA

Niyə Azərbaycan cəmiyyətində oğlan uşaqları qızlardan daha çox fəxarət, qürur mənbəyi, nəsil davamçısı sayılır?

Məsələni ilk olaraq insan psixologiyası ilə bağlı olduğu üçün psixoloji tərəflərini araşdırmağa çalışdıq. Həmsöhbətimiz psixoloq Gülnar Orucova Ednews-a açıqlamasında bildirdi ki, “həqiqətən də, cəmiyyət olaraq, üstünlük oğlan uşaqlarına verilir”.

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər” - 7Times.Az –  Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

“İslam dini isə qız uşağının oğlandan daha üstün olduğunu deyir. Heyif ki, bunu cəmiyyətimiz qəbul etmir. Misal var ki, oğlan düşmən çəpəridir.  Əgər oğlun varsa, o səni qoruyur. Nəslinin davamçısı var. Sanki qız uşaqları bunun tam əksini ifadə edir”.

Psixoloqun fikirlərinə görə, qız uşaqlarının abort edilməsi 1993-cü ildə ultra səs müayinə aparatlarının ixtira edilməsindən sonra artmağa başladı. Onun sözlərinə görə, ultra səs müayinə aparatında uşağın cinsiyyət bilindikdən sonra, ailələr oğlan uşağını saxlayıb, qız uşağını isə tələf edirdilər. 

“Lakin son dönəmlərdə müşahidələrə görə, qız uşaqlarına maraq artıb. Keçmişə nəzər salsaq, 2-3 qızı olan ailələr oğul arzusu isə yaşayırdılar. Lakin indi qız uşaqlı ailələr artıq üstünlük təşkil edir”.

Рождение девочки – милость Аллаха - Ummet.kz- Үмметпен бірге!

Psixoloq həmçinin, ailədə oğlan uşağının olmasının tibbi nöqteyi-cəhətdən kişidən asılı olduğunu vurğulayaraq, onların bunu araşdırmadan ailəsindən imtina etdiyini söylədi: 

“Azərbaycan kişisinin mental düşüncəsinə görə, qız yox, məhz oğlan nəsli davamçısı sayılır. Qanunlarımızda tətbiq olunan cəzaya baxmayaraq, cəmiyyətimizdə gizli də olsa qız uşaqlarının abort edilməsinə şərait yaradılır. Eləcə də, əgər bu məsələ ciddi nəzarətə alınmasa, gələcəkdə evlilik məsələlərində böyük bir çətinliklərlə üzləşəcəyik”.

Son 5 ildə sığnacağa yerləşdirilən uşaqların cinsiyyəti haqqında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadədən soruşduqda o, onların içərisində 1-5 yaş arası qız uşaqlarının üstünlük təşkil etdiyini söylədi.

Hüquqşünas 4 uşağa görə Abşeron icra başçısının işdən çıxarılmasını tələb  etdi - Foto, Video

“Hazırda ən çox zorakılıq qurbanları qızlarımızdır. Çünki onlar diqqətdən kənarda qalır.  Mənim fikrimcə, hüquq və sevgi hər iki övlad arasında bərabər paylanılmalıdır. Bu məsələni kökündən yox, sadəcə azalması istiqamətində davamlı olaraq, çoxlu layihələr və işlər aparılmalıdır. İlk növbədə ayrıseçkilik aradan qaldırılmalıdır”.

Məsələni dini baxımdan isə  Hacı Şahin Həsənli ilə müzakirə etdik. O, qeyd edib ki, islam dinində qadınlar xüsusi önəmə, dəyərə sahibdirlər.

Hacı Şahin Həsənli: “Heç bir yerdə villam, bağ evim, şirkətim yoxdur” -  Sirat.az

“Məhəmməd Peyğəmbər buyurub ki, "Qadınlar sizlərə Allahın əmanətidir. Yaradılışda fərqli olsalar da, hüquq baxımından qadın kişi ilə bərabərdir”.

Din xadimi qadınlarla bağlı hətta "Qurani-Kərim"-də bəzi surələrin yer aldığını da vuğulayıb.

А некоторые сами себе запретили платок | Серло Инфо

“Qurani-Kərimdə "Məryəm", "Nisə" surələri var ki, bu da qadına verilən dəyərin təzahürüdür. Orada bir ayədə belə deyilir: "Biz sizləri bir kişi və bir qadın olaraq yaratdıq, üstünlük cinsi fərqliliyə yox, mənəvi dəyərlərə verilir”.

Son olaraq qadın kişidən şəxsiyyət olaraq yox, yalnız fiziki cəhətdən zəif olduğunu bildirib.

“Qadınlar bəşər tarixinin əsas qüvvəsi, pərdəarxası qəhrəmanları sayılır. Qadınlar cəmiyyətdə dahi şəxsiyyətlərin formalaşmasında böyük rol oynayır. Yəni insan şəxsiyyətinin formalaşmasında atadan çox öhdəlik ananın üzərinə düşür. İslam dini həmçinin, qadının ictimai fəaliyyətində də hər hansı bir məhdudiyyət qoymur. Bu səbəbdən qadınlar öz intelekti və bacarığı ilə cəmiyyətimizdə fəaliyyət göstərə bilər və göstərməlidirlər də”.

Rəna Mürşüd

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı