Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib - FOTOLAR - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə reyd keçirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib. Ednews-un xəbərinə görə, Gəncənin Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər. Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Reydlər bundan sonra da davam etdiriləcək.
1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...