Gültəkin Hacıbəyli saxlanıldı - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Gültəkin Hacıbəyli saxlanıldı

Cəmiyyət A- A A+
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
 
Ednews  qafqazinfo.az-a istinadən xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.
 
İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub.
 
Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.
 
Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...