“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzünün ilk günlərindən Ukraynanın etnik azərbaycanlı vətəndaşları dövlətin müdafiəsində möhkəm dayandılar”.
Ednews xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Ukraynanın Azərbaycandakı səfir Vladislav Kanevski yazıb.
“Ukrayna Silashlı Qüvvələrinin sıralarında bizim qardaşlarımız (azərbaycanlılar nəzərdə tutulur) rus işğalçılarından torpaqlarımızı azad edərək Ukraynanın ərazi bütövlüyünü qəhrəmancasına müdafiə edirlər.
Bu gün onlar Ukrayna Silahlı Qüvvələrinin tərkib hissəsidir”, deyə o, qeyd edib.
Səfir paylaşımına Ukraynada döyüşən azərbaycanlılarla bağlı görüntüləri əlavə edib