Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni AGENTLİK yaradıldı - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni AGENTLİK yaradıldı

Cəmiyyət A- A A+

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsi”ni təsdiq edib. 

Ednews xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 27 aprel 2022-ci il tarixli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. 

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır.  

Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...