Piyada keçidindən boruları oğurlamaq istəyənlər - SAXLANILDI - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Piyada keçidindən boruları oğurlamaq istəyənlər - SAXLANILDI

Cəmiyyət A- A A+
Yerüstü piyada keçidinin metal borularını kəsərək oğurlamağa cəhd göstərənlər saxlanılıb. 
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 
 
Bildirilib ki, dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
 
Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub. Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər. 
 
Araşdırma aparılır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...