"İlin sonuna qədər Azərbaycanın 5 rayonunda meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır".
Ednews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
U.Tağıyeva xatırladıb ki, son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayın üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.
O həmçinin bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.