“Qar yağsaydı, hava təmizlənərdi” – Əfsanə, yoxsa reallıq?

Cəmiyyət 13:10 03.12.2022
Uşaqlıqdan qulağımız “qar yağsaydı hava təmizlənərdi” sözünü tez-tez eşidir. Maraqlıdır ki, bu fikrə inananların sayı çoxdur. Başqa bir deyimə görə qışda uzun müddət yağıntı olmayanda, zökəm xəstəliyi, soyuqdəymələr artır. Bu da qarın yağmasını gözləyənlərin əhvalına pis təsir edir. Çünki onlar qarla şəfa tapacaqlarına inanırlar.
Bütün bunlar həqiqətə uyğundurmu, yoxsa əfsanədir? 
 
Ednews sözügedən mövzuda apardığı kiçik araşdırmanı təqdim edir. 
 
Qar nədir? Necə və nədən yaranır? 
 
Qar – çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısıdır. O buludda temperatur 0 °C-dən aşağı olduqda yaranır, yerə enməsi 4 °C tempraturdan aşağı olduqda baş verir.
 
Bu atmosfer möcüzəsinin də öz növləri var. Çox soyuq olmayan havada yağan qar, bir neçə dənəciklərlə birləşib meydana lopa-lopa qar dənələrini çıxarır.
Şaxtalı olmayan hava da isə, su və buz birləşərək sulu qar formasında yağır. Yerə çatdıqda isə yerin istiliyindən əriyib gedir. Bundan başqa qarın düyü qar, quru qar kimi də növləri var.
Boran isə qarın küləklə birlikdə meydana gəldiyi vəziyyətidir. Görüntü məsafəsini azaldır, gediş-gəlişi çətinləşdirir. Boran zamanı həmçinin yollar buz bağlayır.
Qar, havanın soyuq olduğunun göstəricisi kimi qəbul edilir. Ancaq əslində, qar yağanda, temperaturu yüksəldir, soyuğu azaldır. Havadakı toz və zəhərli hissəcikləri, yoluxucu virusları yerə endirərək, təmizləyir.
Deməli, sizə inandırıcı gəlməsə də, yağan qar atmosferə istilik verir. Bundan əlavə, o yerə düşdükdə bir yorğan kimi onu bürüyüb, təbii istiliyini saxlamağına kömək edir, bitki və heyvanları soyuqdan qoruyur. Bu da onların tələf olmasının qarşısını alır.  
 
Ən maraqlısı isə qar dənəcikləridir. Sən demə, indiyə qədər yağan milyardlarla qar dənələri, heç biri o birisinə bənzəmir. Belə ki, 1931-ci ildə Amerikalı Vilson Betley adlı bir fotoqrafın “Qar kristalları” kitabı satışa çıxarılır. Vilsonun uzun müddət 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə salır. Məlum olur ki, qar dənəcikləri əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir.
Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir. Vinson özü bu inanılmaz fakt haqqında belə qeyd etmişdi:
“Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə gədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm”.
Əvvəldə qeyd etdiyimiz kimi, qışda uzun müddət qar yağmayanda qrip infeksiyası, zökəm xəstəliyi şikayətləri artır, insanın immun sistemi zəifləyir. Bunun da ən önəmli səbəbi atmosferdə virusların miqdarının çoxalmasıdır.
Çünki zərərli viruslar qış fəslinə görə isti keçən havalarda, çoxalaraq parazitləri artırır.
Ancaq hava mənfi dərəcəyə enəndə yağan qar mikrobları havada məhv edib, onların yerə enməsinə maneçilik törədir. Çünki zərərli mikroorqanizmlərin soyuq havada özünü qoruma mexanizmi olmadığından, onlar dərhal məhv olurlar.
Belə məlum olur ki, həqiqətəndə yağan qar virusları öldürərək, bizi xəstəliklərdən qoruyur.
Ona görə qar yağanda deyinməzdən öncə düşünün. Yağan qarın sonradan palçığa çevrilib yolları iflic vəziyyətinə salması haqqında yox, onun xeyirini daha çox fikirləşin. Qarın gözəlliyindən zövq alıb, gətirdiyi təmiz havanı ciyərlərinizə çəkin. 
 
Bura qədər hər şey çox yaxşıdır. Ancaq unutmamalıyıq ki, biz qışda yalnız açıq havada gəzmirik. Vaxtımızın demək olar ki, çox hissəsini qapalı məkanlarda keçiririk. Soyuq havada məhv olan viruslar, fürsət tapan kimi bizimlə isti məkanlara üz tutaraq orada artıb çoxalırlar. Çox təəssüf ki, bu qapalı məkanlarda qarın yağması da bizə kömək olmur. 
 
Bunun üçün qış aylarında sadalanan yollarla özümüzü yoluxucu mikroblardan qoruya bilərik: 
 
– Fərdi təmizliyinizə fikir verin. Tez-tez əllərinizi sabunla yuyun;
– Oturduğunuz məkanın havasını tez-tez dəyişin, otaq istiliyini çox yüksəltməyin;
– Bacardığınız qədər xəstə insanlarla əl verib, öpüşüb- görüşməyin. Onlarla bir yerdə çox olmayın, əgər buna məcbursunuzsa, qoruyucu maskadan istifadə edin;
– Çoxlu mövsümü meyvə-tərəvəzlər qəbul edin;
– Gündə mütləq 6-8 saat yatın;
– Fiziki və zehni stresdən uzaq durun;
– Kondisionerlərin hava təmizləyicisini tez-tez təmizləyin;
– Siqaret çəkməyin, çəkilən yerlərdən uzaq durun;     
 
          
Ayan Rzayeva
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
Hamısı