Şamaxı sakini ov zamanı bir nəfəri yaralayıb - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Şamaxı sakini ov zamanı bir nəfəri yaralayıb

Cəmiyyət A- A A+

Dekabrın 5-də saat 22 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini Ramil Əhmədovun tüfəngdən açdığı atəşdən İlkin İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...