Ötən ay Azərbaycana bu qədər adam gəlib - Statistika - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Ötən ay Azərbaycana bu qədər adam gəlib - Statistika

Cəmiyyət A- A A+
Noyabrda ölkəyə gələnlərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyindən Ednews-a bildirilib ki, ötən ay Azərbaycana 135 370 nəfər səfər edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz çoxdur. Belə ki, ötən ilin noyabrında ölkəyə 86 061 nəfər gəlib. Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 458 786 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabrında ölkəyə 692 314 nəfər səfər etmişdi. Ən çox əcnəbi isə Rusiya (40 807), Türkiyə (26 742), İran (14 989), Gürcüstan (8625), Hindistan (7689), Pakistan (4215) və Səudiyyə Ərəbistanından (3233) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 30,14, Türkiyə üzrə 19,75, İran üzrə 11,07, Cənubi Asiya üzrə isə 9,28 faiz olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...