"Bu teatrda məndən də yaşlı aktrisalar var, mən niyə çıxarılmalıyam?"

Cəmiyyət 23:05 09.12.2022

Azərbaycanın tanınmış aktyorları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və  Səidə Quliyevanın işdən çıxarılması barədə məlumat yayılıb.

Bu məlumata cavab olaraq Mədəniyyət Nazirliyi anlaşılmaz bir açıqlama verib.

Ednews lent.az-a istinadən xəbər verir ki, açıqlamada deyilir ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur:

"Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Teatrların ştatları isə məhdud saydadır və stabildir. Teatrlarda kadr dəyişikliyi labüddür".

Bir sözlə, Mədəniyyət Nazirliyinin aydınlıq gətirdiyi məsələ aydın olmadan qalıb. Aktyorların işdən azad olunub-olunmamasına izah verilməyib.

Mövzu ilə bağlı danışan aktrisa Səidə Quliyeva bildirib ki, yayılan xəbər onu çox əsəbləşdirib:

"Bilmirəm belə xəbərləri kim yayır. Teatrşünas İlham Rəhimov pensiya yaşlı aktyorlar barədə danışarkən mənim də adımı çəkib, məni qalmaqala salıb. Birincisi bu teatrda məndən də yaşlı aktrisalar var, mən niyə çıxarılmalıyam? İkincisi Akademik Milli Dram Teatrından heç kim işdən çıxarılmayıb. Bu xəbərləri kim yayır? Jurnalistlər araşdırıb sonra desinlər. Adı çəkilən aktyorların hamısı öz işinin başındadır. Teatrın direktoru Azərpaşa Nemətov reaksiya verdi bildirdi ki, aktyor yalnız öz istəyi ilə işdən ayrıla bilər. Mən cari tamaşalarda rol alıram, televiziyada, radioda çalışıram. Bu xəbər yalandır. Başqa teatrları bilmirəm, bizim teatrdan texniki işçi də çıxarılmayıb, nəinki aktyorlar".

Akademik Milli Dram Teatrın mətbuat xidmətinin rəhbəri Cavid  Zeynallı bildirib ki, Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.

"Yalandır və yenə yalandır!

Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk.

Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər",- deyə o qeyd edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı