“Erasmus+” proqramı çərçivəsində Bakıya səfər edən nümayəndə heyəti BAMF-ın qonağı olub

Cəmiyyət 16:04 10.12.2022
“Erasmus+” proqramı çərçivəsində Azərbaycana səfər edən xarici nümayəndələr uzun zaman BAMF-da könüllü kimi çalışan, Portuqaliyadan olan Vitor Mendesin vasitəçiliyi ilə qurumun baş ofisini ziyarət ediblər.
Ednews xəbər verir ki, qonaqları BAMF-ın prezidenti Umud Mirzəyev qarşılayıb. Səmimi mühitdə keçən görüşdə U.Mirzəyev ilk olaraq xarici ziyarətçilərə fondun yarandığı gündən indiyədək keçdiyi fəaliyyət dövründən geniş məlumat verib.  
 
“Sizin gəlişiniz bizim üçün çox xoş oldu. Hər birinizi burada qarşılamaqdan məmnunluq duyuram. İnsanlar bir- birini sevməlidir. Dünyanı sevgi xilas edəcək. 
BAMF postsovet məkanında fəaliyyətinə görə ən böyük təşkilatlardandır. Bizim bu təşkilatdakı əsas missiyamız barış və sülhdür. Biz müharibənin nə olduğunu çox yaxşı bilirik. 
Bu il BAMF 30 illik yubileyini qeyd etdi. Bununla bağlı böyük tədbirimiz oldu. Geriyə baxanda fəaliyyətimizi incələyəndə görürük ki, bu 30 ildə kifayət qədər böyük fəaliyyətimiz olub. Bu illər ərzində Azərbaycan həqiqətlərinin mötəbər tribunalardan, o cümlədən BMT-nin yüksək tribunasından müntəzəm olaraq diqqətə çatdırılması BAMF-ın prioritet məqsədlərindən biri olub.
Bu gün biz Ukraynada baş verən hadisələri üzüntü ilə müşahidə edirik. Hazırda dünyanın 60-a yaxın ölkəsində münaqişə yaşanır. 60 milyondan çox insan öz doğma yurdundan deportasiya olunub”.  
 
 
Umud Mirzəyev xarici nümayəndələrə Qarabağ müharibəsindən, münaqişədən əziyyət çəkən insanlardan da bəhs edib.   
 
“Mən və ailə üzvlərim Qarabağ müharibəsindən zərərçəkmişlərdən olmuşuq. Bizim kimi yüzlərlə insan var. Bir milyondan çox məcburi köçkünümüz öz doğma yurdlarından uzaqda yaşayır. Hazırda işğaldan azad olan Azərbaycanın Qarabağ torpaqlarının ərazisi mina və partlamamış hərbi sursatlarla çirklənib. Biz inanırıq ki, ana yurdumuzda 30 il əvvəki yaşayışımızı təmin edəcəyik”.  
 
 
Xarici nümayəndə heyətinin adından Vitor Mendes  çıxış edərək Umud Mirzəyevə görüş üçün təşəkkürünü bildirib. 
 
“Əzizimiz, Umud Mirzəyev. Biz sizinlə uzun zamandır ki, tanışıq. Siz hər zaman gənclərə dəstək olmusuz, müxtəlif layihələrinizdə onlara yer vermisiniz. Siz burada neçə-neçə xarici tələbələrə atalıq etmisiz, onlara doğma insan olmusuz. BAMF-dan bir çox Vyetnam, Nikaraqua, Fransa, Nigeriya və dünyanın bir çox ölkələrindən olan tələbələrin yolu keçib. Onlar burada müxtəlif layihələrdə çalışıb, təcrübə qazanıblar. Bu insanlar BAMF-da təkcə iş təcrübəsi deyil, sizdən gördükləri doğma münasibətdən həyat təcrübəsi qazanıblar. Onlara doğru yol göstərmisiz. Mən uzun müddət BAMF ailəsində təcrübəçi kimi çalışmışam, bura mənim iş yerim yox, ailəm olub. Siz hər zaman xaricdən gələn tələbələrə qayğı, doğma münasibətlə yanaşmışınız. Onlara maddi, mənəvi köməklik etmisiz. Neçə xarici tələbə sizin dəstəyinizlə özünü Azərbaycanda öz doğma evindəki kimi hiss edib. Onlar indi də sizi hər zaman çox gözəl xatırlayırlar. BAMF hər zaman barış və sülh üçün fəaliyyət göstərib. Onun Beynəlxalq təşkilatlarla əməkdaşlığı buna bir daha sübutdur. Bu təşkilatlarla münasibəti Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb. BAMF öz missiyasını hər zaman layiqincə yerinə yetirib.
Biz sizə öz adımızdan təşəkkür edir və sizə fəaliyyətinizdə uğurlar arzulayırıq”. 
 
 
V.Mendes həmçinin səfərlərinin mahiyyətindən, onun məqsədindən də söz açıb.
 
“Biz bu ölkəyə “Erasmus+” “Azərbaycanda gənclərin iş reallığı” proqramı çərçivəsində səfər edirik. Səfərin əsas məqsədi azərbaycanlı gənclərlə iş əlaqələrini araşdırmaq və gələcək imkanları müzakirə etməkdir. Bu səbəblə bir çox gənclərlə görüşdük, İdman və Gənclər Nazirliyində olduq.
Biz istəyirik ki, Azərbaycandakı gənclərin beynəlxalq əməkdaşlıq imkanlarını artırılmasına yardım edək. Bunun üçün çox maraqlı qarşılıqlı fikir mübadilələrimiz oldu. Həmçinin gənclərlə QHT-lər arasında əlaqələrin qurulmasına da öz töhfəmizi verməyə çalışacağıq”.
 
Daha sonra nümayəndə heyətinə BAMF-ın dəvəti, ANAMA-nın dəstəyi ilə Azərbaycana səfər edən “Sülhün kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kuhnün Qarabağda minalanmış ərazilərə səfəri haqqında video çarx nümayiş olunub.
Fondun prezidenti Umud Mirzəyev BAMF-ın 30 illiyinə həsr olunan xatirə kitabını qonaqlara hədiyyə edib.
Sonda xatirə fotosu çəkdirilib.  
 
 
Ayan Rzayeva
 
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
15:30 14.05.2024
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
15:24 14.05.2024
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
15:15 14.05.2024
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video
15:00 14.05.2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
14:50 14.05.2024
Ukraynadan dünyaya XƏBƏRDARLIQ
14:45 14.05.2024
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
14:36 14.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
14:28 14.05.2024
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
14:15 14.05.2024
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
14:00 14.05.2024
Bakıda həbsdə olan Qukasyanla bağlı YENİ QƏRAR
13:55 14.05.2024
Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:45 14.05.2024
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
13:22 14.05.2024
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
13:17 14.05.2024
“Avropa dövlətləri neft idxalını azaltmağa çalışır” – Macar professorla MÜSAHİBƏ - VİDEO
13:15 14.05.2024
Ceyhun Bayramovun ATƏT sədri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
12:55 14.05.2024
Hamısı