Nəqliyyat ekspertindən BNA-ya qarşı SƏRT İTTİHAM Metroda sıxlığın yaranmasında birbaşa günahkardır

Cəmiyyət 16:30 20.12.2022

Son günlərdə gündəmi zəbt edən metrodakı sıxlıq hər kəsin narahatlığına səbəb olub. 

Müqayisəyə əsasən cari ildə daha çox qabaran bu problemin kökündə nə dayanır? Aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı Ednews-la fikirlərini bölüşən nəqliyyat məsələləri üzə ekspert Elməddin Muradlı sıxlığı azaltmaq üçün atılmalı addımları sadalayıb:

"Sıxlığı aradan qaldırmaq üçün metrostansiyaların sayı artırılmalı,  qatarlar arasında interval azaldırmalıdır və yeni tikilən metro stansiyaları əgər xüsusi xətt üzrə hərəkət edirsə, vaqonların sayı artırıla bilər. Amma bu mümkün deyil, çünki gərək stansiyanı yenidən inşa edək. Bizdə standard olaraq platformaya 5 vaqon yerləşir. İndiyə qədər metroya ayrılan pulları Tağı Əhmədov yaxud indiki rəhbərliyi yeyib dağıtmasaydı metro xeyli inkişaf etmiş olardı. Azərbaycanda metro tikintisi ümumiyyətl aşağı səviyyədədir. Birmənalı olaraq çoxları elə başa düşür ki, meto yalnız yeraltı olmalıdır. Amma dünyanın bir çox ölkələri metrostansiyaları yerin üstündən də keçir. Bizdə prinsip olaraq qəbul ediblər ki, metro ancaq yeraltı olmalıdır. Sıxlığı aradan qaldırmaq üçün digər nəqliyyat şirkətləri ilə əlaqəli işləmək lazımdır".

Ekspert bu problemdə Bakı Nəqliyyat Agentliyini günahlandırıb:

"Ümumiyyətlə Bakı şəhərində çox ziddiyyətli bir sistem qurulub. BNA metro ilə düzgün əməkdaşlıq etmədiyinə görə, ölkədə qarışıq situasiya yaranıb. Məsələn BNA Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsi yaradıb ki, Bakı kəndlərindən eyni vaxtda bir neçə avtobus buraya daxil olur. Burada avtobusdan düşən insanlar da sözsüz ki, metroya üz tutur. Taksi isə şəhərə gəlmək üçün əlverişli deyil. Hamı eyni vaxtda avtobusdan düşərək metroya üz tutur. Metro da bu yükü daşıya bilmir. Metropoliten BNA ilə düzgün kommunikasiya qura bilmir. Çünki onlar sərnişini metroya təhvil verir, məlum olur ki, metronun buna gücü çatmır. Bəs, BNA özbaşına xərc çəkib "Koroğlu HUB"-u nə üçün yaratdı? Əvvəl bu problem niyə müşahidə edilmirdi, çünki avtobusların hamısı bura gəlmirdi. BNA güya ağıllı çıxaraq yeni ideyalar irəli sürdü və ölkədəki nəqliyyat sistemini iflic hala gətirdi".

Elməddi Muradlı, həmçinin, BNA-nın fəaliyyətindən narazılığını da vurğulayıb:

"BNA yarıtmaz siyasət yürüdür və bugün ortaya çıxan problem də onla bağlıdır. Eyni proses 28 mayda da yaranıb, çünki həmin ərazi də bir neçə avtobusun son dayanacağıdır. Bu BNA-nın özbaşınalığının nəticəsidir. Özbaşınalıq niyə deyirəm, çünki digər təşkilatlarla əməkdaşlıq etmirlər. Ya həmin təşkilarlar BNA-nı saymır, ya da BNA onları saymır. BNA fikir mübadiləsi aparmalıdır ki, mən başqa yerlərdən bu avtobusların "ayağını kəsirəm" və Koroğlu stansiyasına yönləndirirəm, sizin bunu qarşılamağa imkanınız çatırmı? Metro da buna gücü çatmayacağını bildirəcəkdi və iş şaxələnərək qismən sıxlığın qarşısı alınacaqdı. Məhz özbaşına yanaşmanın nəticəsi belə vəziyyət yaradıb".

Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib:

“Son vaxtlar metronun “Koroğlu” stansiyasında müşahidə olunan sərnişin sıxlığının “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirmək kökündən yanlış bir fikirdir. Nəqliyyat eksperti statusunda olan bir şəxsin belə bir fikir söyləməsi isə təəccüb doğurur. Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkil olunmasının kökündə beynəlxalq təcrübəyə əsaslanan strategiya durur. Bu strategiyaya uyğun olaraq məhz metronun “Koroğlu” stansiyasının ətrafının seçilməsi də təsadüfi deyil. Belə ki, burada metro stansiyası və dəmiryol dayanacağı var. Gələcəkdə isə Dərnəgül-Koroğlu xətti tikiləndən sonra burada iki metro stansiyası olacaq”.

Agentlik həmçinin sıxlıqla bağlı məsələyə öz mövqeyini də nümayiş etdirib:

“Gələk sıxlığa səbəb olan əsas məsələyə. Şəhərətrafı qəsəbələrdən gələn sərnişinlər şəhərin mərkəzinə iki yolla gedə bilərlər: şəhərdaxili avtobuslar və ya metro ilə. Lakin metronun “Koroğlu” stansiyasından şəhər mərkəzi istiqamətində avtobuslar tıxacda qaldıqları üçün və onların maneəsiz hərəkəti üçün bu istiqamətdə xüsusi zolaqların olmaması səbəbindən ictimai nəqliyyatın bu növü ilə səyahət sərnişinlər üçün cəlbedici deyil. Çünki tıxacda qalan avtobuslarla səyahət əlavə vaxt itkisi yaradır. Bu halda isə sərnişinlər seçim olaraq metroya üz tuturlar və nəticədə haqqında danışdığımız sıxlıq halı qaçılmaz olur”.

Nəzrin Eldarqızı

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Hamısı