Tovuz rayonunda su arxının kənarında orta yaşlı kişi meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Rayonun Eyyublu kəndində aşkar olunan meyitin kənd sakini 1987-ci il təvəllüdlü Zaur Əliyevə aid olduğu müəyyən edilib.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün baş vermə səbəbləri hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır./bizim.media/