Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbir zamanı rayon ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini İlham Vahabov saxlanılıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.