Son günlər sosial şəbəkələrdə rayondan Bakıya gələn və 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.
Mövzu ilə bağlı Ednews-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.
“Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur”.
Aynurə İsmayılqızı