Bəzən tərkibində yalnız meyvə, tərəvəz və cücərmiş taxıllardan ibarət pəhrizdə kor-təbii çiy məhsullara üstünlük verilir. Bundan əlavə, bu növ qidalanmaya pasterizə edilməmiş süd və heyvan məhsulları da daxildir. Bu isə insan sağlamlığı üçün xüsusi təhlükə yaradır.
ABŞ-da hazırlanan “News & World Report” nəşrinin təqdim etdiyi reytinqə əsasən, dünyanın ən təhlükəli pəhrizlərinin adları açıqlanıb.
Bu siyahıda 24 pəhriz növü var. Mütəxəssislər çiy qida istehlakının ən pis pəhriz olduğunu bildiriblər. Onlar çiy qidaların bişmiş qidalardan daha az kalori və zülal ehtiva etdiyi üçün doyma dərəcəsinin aşağı olduğu ilə əlaqələndirirlər.
Aralıqlı oruc insan səhhətinə zərərlidir
Bundan əlavə, ekspertlər deyirlər ki, pəhrizlərə həddən artıq məhdudiyyət qoyulması arıqlamağı çətinləşdirir.
Onlar həmçinin yüksək işlənmiş qida əlavələri və yarımfabrikatların kommersiya məqsədləri üçün istifadə olunduğunu və heç nəyə yarımadıqlarını qeyd edirlər.
Ekspertlər həmçinin tövsiyə etdikləri pəhrizin də adını açıqlayıb.
Aralıq dəniz pəhrizi ən yüksək bal və effektivlik göstərən pəhrizlər arasındadır. Bu cür pəhriz qida qruplarını istisna etmir və müxtəlif həyat tərzinə uyğun olaraq tənzimlənə bilir.
Ayan Rzayeva