Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.
Bu barədə Ednewsa-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.
Araşdırma aparılır.