Ötən gün güclü küləyin uçurduğu Xızıdakı Cəfər Cabbarlının ev muzeyinin damı bərpa edilib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, buna Mədəniyyət Nazirliyinin rəhbərliyi dərhal reaksiya verib.
Sumqayıt regional mədəniyyət idarəsinin əməkdaşları dərhal muzeyə baxış keçirib. Bu gün muzeyin dam örtüyünün uçmuş hissəsi yenilənib.
Məlumatı Xızıdakı C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova təsdiqləyib.