20 yanvarın qaranlıq xatirələri: Gecənin pəncəsində qanına boğulan şəhər

Cəmiyyət 10:42 20.01.2023
Aradan 33 il zaman keçsə də, o barıt qoxulu küçələrin iyi burnumdan hələ də gedə bilmir. Hər soyuq qış gecələri yanvarın 19-dan 20 -nə keçən tarixə yaxınlaşdıqca, içimdə bir üşütmə yaranmağa başlayır.
 
Əslində həmin vaxt 7 yaşında idim və çox şeyi dərk edirdim. Məktəbə getmək arzusu ilə hər gün çantamdan karandaş və dəftərlərimi çıxarıb baxır və yenidən səliqə ilə öz yerinə qoyardım. Evimizdə “raduqa” adlanan Sovetin ən qabaqcıl rəngli vizual texnologiyalarından hesab etdiyimiz bir televizor, bir də hər gün anamın xüsusilə saat 20:00-da dinlədiyi “Xəzər” radiomuz var idi. Amma nədənsə həmin gecə hər ikisi susurdu...
 
Birdən küçədə gurultu ilə şütüyən bir ağır yük maşının hərəkətini eşitdim. Hər yer qaranlıq idi. Həmin gecə işıqlarımızı söndürmüşdülər. Nöyüt (neft) ilə yanan bir fanarımız var idi. Onu götürüb küçə darvazamıza sarı yürüdüm. Ağlımda hər dəfə uşaqlarla arxasından sallanaraq getdiyimiz yük maşını idi, lakin bayıra boylananda əcaib bir qurğunun ilk dəfə canlı şahidi oldum. Bu zirehli bir tank idi. Uzərində əsgərlər oturmuş və lüləsi düz üstmüzə tuşlanmış tank. Küçəmizdəki asfalt qatından əsər əlamət qalmamışdı; titrəyişdən hər şey sanki dağılacaqdı.
 
Nəhayət səhəri diri gözlə açdıq. Hələ də nə baş verdiyindən xəbərsiz idik. Sanki fil qulağında yatmışdıq. Nə telefon var, nə televizor, nə də paytaxdan xəbər gətirən. Hər şey susur və hər kəs məlum-müşkül böyük həyacan içində bir-birinin üzünə baxır. 
 
Rayon meydanında izdiham var idi. Orada siyasi fəallar müxtəlif şüarlar səsləndirərək, ölkədəki vəziyyətlə bağlı insanlara nəyisə çatdırmağa çalışırdılar. Bir tərəfdən cənub sərhədlərinin açılması ilə bağlı yaranan qarışıqlıq, digər tərəfdən paytaxdan heç bir məlumatın daxil ola bilməməsi hər kəsi qırarsız və çaşqın bir vəziyyətə salmışdı. Və nəhayət təxminən 3 gün sonra Xəzər radiosundan Mirzə Xəzər həyacanlı bir səslə dillənir: “Bakıda 20 yanvar faciəsi baş verib. Başın sağ olsun Azərbaycan”.
 
20 yanvar faciəsinin 25-ci il dönümü - Ruhunuz şad olsun! | Azərbaycan  tarixi | Kayzen
 
Hamımız quruyub qaldıq. Axı görəsən nə oldu..? İlk an o gördüyüm tanklar və üzərindəki donuq sifətli o rus əsgərləri xəyalımda canlandı. Sadə uşaq təfəkkürümlə düşündüm: “görəsən onlar gedib insanları vurublar...”
 
Bir neçə gün sonra Bakıdan rayona gələnlər bütün olanları təlaşla hamıya danışmağa başladı. Artıq paytaxtda böyük bir qətliamın olduğunu virtual olaraq şüurumzda həkk eləmişdik. 
 
İki dayım Bakıda yaşayırdı. Adətən anamla telefon qovşağına gedib oradan şəhərə zəng edərdik. Bu dəfə dayımın səsi əvvəlki kimi şən deyildi. Hətta həmişə məni və məndən yaşda böyük bacılarımı da anamdan soruşardı. Lakin bu dəfə onun səsindəki qəhər bizi ona unutdurdu. Dayım deyirdi ki, həmin gecə ruslar tanklarla Bakıya daxil oldu və işıq gələn hər yerə atəş açmağa başladı. Hətta evində yerə uzanaraq gizlənməyə çalışan sakinlər belə kor dəyən güllənin qurbanı oldu. Elə pəncərə yox idi ki, orada dəlik açılmasın. Küçələr qanla sulanmışdı, qanlı köynəklər, ətrafa saçılan güllələrin gilizləri hər yanda səpələnmişdi. Həqiqətən də biz həmin dövrün ən ağır faciəsini yaşayırdıq. Yaşca uşaq olsaq da, sanki vaxtsız qocalmışdıq.
 
Qanlı yanvar - qan yaddaşı: tarixi fotolar – FOTO
 
Hadisənin şahidləri deyir ki, həmin gecənin səhəri tankın üzərində qaraşın saqqallı, intizamsız hərbi geyimdə olan əsgərlər də var idi. Məlum olur ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan ermənilər imiş və həmin qətliamın bilavasitə iştirakçısı olmaq üçün həvəslə tankların üzərində Bakıya doğu halay vurublar.
 
Qanlı yanvar - qan yaddaşı: tarixi fotolar – FOTO
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunda layihə işlərində könüllü kimi fəaliyyət göstərən, əslən amerikalı olan David Keran 1990-cı ilin 20 yanvar tarixində Moskvada olduğunu deyir. O, xatırladığı hadisələri Ednews-a danışıb.
 
“Yaxşı yadımdadır ki, Bakıda baş verən faciə ərəfəsində mən Moskvada siyasi tədqiqatla bağlı səfərdə idim. Taksiyə minəndə hər tin başı qarşımızdan zirehli maşınlar və tanklar keçirdi. Hətta az qalmışdı biri bizim üzərimizə sürsün. Hər yerdə əli silahlılar var idi. Amma həmin vaxt mənim Azərbaycan haqda bir anlayışım yox idi”.
 
David deyir ki, onlara ölkədə baş verən hadisələrlə bağlı məlumat xeyli sonra gəlib çatdı. 
 
Axı dünya bizdən necə xəbərdar olsun? Hər şey Kremlin süzəcindən keçməli idi...
 
Ahıl jurnalist həmkarlardan biri həmin vaxtda hadisələri lentə almağın və sonra da dünya ictimaiyyətinə çatdırmağın necə müşkül olduğunu deyirdi. Yalnız ümid fürsət ələ düşdükcə lentə alınan hadisələr və şahidlərin danışdıqlarına idi. Bir sözlə Bakı həmin gecə - yanvarın 19-dan -20-nə keçən gecə qaranlığın pəncəsində güllələnərək, tankların zəncirləri altında əzilib qanına boğulan bir şəhər idi.
 
Elnur Ənvəroğlu
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Hamısı