Bakıda daha bir narkoman yuvası aşkar edilib.
Belə ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhlimanov 6-cı binanın arxasında yerləşən su anbarı narkomanların məskəninə çevrilib.
Ednews-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazi 280-281 nömrəli məktəbin yaxınlığında yerləşir. Sakinlərin verdiyi məlumata görə narkotik vasitələrin istifadəçiləri bütün gün ərzində bu əraziyə gəlib narkotik vasitə istifadə edirlər. Onlar qeyd edirlər ki , narkotik aludəçiləri həm də oğurluğa da əl atırlar. Sakinlərin sözlərinə görə bir müddət öncə həmin ərazidə yerləşən gözəllik salonlarından narkomanlar oğurluq belə ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qeyd olunan ərazidə hazırda polis əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək.