Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq

Cəmiyyət A- A A+
Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
 
Ednews  qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.
 
Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması üzə çıxıb və oğurluq edən qadın izlənilib.
 
Yanvarın 22-də həmin qadın yenidən marketdən 2 kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.
 
İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...