Onu dinə zidd əməllərdə günahlandırırdılar "El atası" haqqında MARAQLI FAKTLAR

Cəmiyyət 14:30 25.01.2023

Bu gün azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

O, Bakıda kasıb və zəhmətkeş bir başmaqçı ailəsində anadan olub. Uşaq vaxtından bənnalıq işini öyrənib və böyüdükcə işinin peşəkarına çevrilib. Bir müddət sonra Bibiheybətdə icarəyə şərikli yer götürür və neft quyusu qazdırmağa başlayır. Uzun müddətdən sonra çəkdiyi əziyyət bəhrəsini verir və  quyu gözlənilmədən fontan vurur. Hacı bir anda milyonçuya çevrilir. Buna baxmayaraq, o, keçmişini unutmur , milyonlarını heç vaxt xalqından əsirgəmir.

Ednews Hacı Zeynalabdin Tağıyev haqqında maraqlı faktları təqdim edir:

Tağıyev Bakıda böyük nüfuza malik şəxslərdən biri idi. Hətta şəhərdə fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri onu özlərinin fəxri sədri seçmişdi;

Neftdən başqa o özünü ticarətdə və yüngül sənayedə də sınayıb. Bakıda Qafqazda ilk toxuculuq fabriki açıb. Fabriki xammalla təmin etmək məqsədi ilə Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alıb və pambıqtəmizləmə zavodu tikdirib. Bakının o vaxtlar ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil edib. 1882-ci ildə o, 1-ci gildiya tacir rütbəsinə layiq görülüb;

İmperator II Nikolayın qardaşı knyaz Mixail  polyak qızı ilə evlənib taxt-tacdan əlini çəkəndən sora Tağıyevdən xahiş edib ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlmək üçün ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərir;

Balıq sənayesinə güclü sərmayə qoyan Hacı Zeynalabdin iri balıqçılıq vətəgələrinə sahib olub. Bir dəfə o, işin zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına salıb dənizə buraxıb. Bunu eşidən balıqçılar həmin balığı tutmaq məqsədilə dənizə tökülüşüblər;

Bakıda ilk Qız məktəbini açmaq istəyi Hacının həyatını böyük təhlükə qarşısında qoyurdu.  Dövrün köhnə fikirli, mühafizəkar adamları, qoçular, ruhanilər azərbaycanlı qızların oxumasını böyük qəbahət saydıqlarına görə Hacını hətta öldürmək istəyiblər. Onu guya dindən kənar əməllərdə günahlandırırdılar;

Təhsilə böyük dəyər verən mesenat  Gəncədə, Naxçıvanda, Şamaxıda, Tiflisdə açılan məktəblərə maliyyə yardımları edib. Bakı Dövlət Universitetinin yaradılmasına külli miqdarda vəsait ayırıb. Dövrün siyasi-ictimai həyatında önəmli rolu olan "Kaspi" qəzetinin dərc olunmasında da Tağıyevin zəhməti olub;

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə əziyyət çəkirdi. Hacı Zeynalabdin Quba (indiki Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verib;

Bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən  Bakı-Şollar su kəməri Tağıyevin şəxsi vəsaiti hesabına çəkilib. Kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb, xarici mütəxəssislər cəlb edilib. Uzun mübarizələrdən sonra 1917-ci ildə 160 kilometrlik su kəmərinin inşası başa çatıb;

Tağıyevin bir neçə nəqliyyat vasitəsi var idi. Altı paroxod və dəmir yolu vaqon - sisternləri parkı kimi nəqliyyat vasitələri ona neft məhsulları daşınması ilə məşğul olan əsas şirkətlər arasında xüsusi mövqe qazandırırdı;

Böyük sərvət sahibi olan Hacı özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə hələ sağlığında xalq arasında “el atası” adını almışdı;

İki dəfə ailə həyatı qurub. Birinci xanımı öz əmisi qızı Zeynəb idi. Zeynəb xanımdan İsmayıl, Sadıq və qızı Xanım dünyaya gəlib. İkinci dəfə isə məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanımla evlənib. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən kiçik bacı Sonanı görüb bəyənib və onunla evlənib. Beləliklə, oğlu Sadıqla bacanaq olublar. Sona xanımla evlilikdən onların Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlib;

Deyilənə görə, Sona xanım Hacıdan çox cavan olub. Aradakı yaş fərqini azaltmaqçün milyonçu sənəddə doğum tarixini dəyişdirtdirir;

Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün səs-küyünə səbəb olan məhkəmə işi baş verib. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncin təhsilinə yardım edir. Lütfəli bəy 1904-cü ildə Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik peşəsi üzrə məzun olub qayıdır. Tağıyev özünün biznesinin bir hissəsinin idarəsini Behbudova həvalə edir. Lakin bir müddət sonra Behbudovu evinə çağırır və onu arvadı Sona xanıma yaxınlaşmaqda ittiham edib altı nəfərə döydürür. Behbudov şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edir;

Deyilənlərə görə, dövrün məşhur aktyoru Hüseyn Ərəblinskinin də Sona xanımdan xoşu gəlib və Sona xanım aktyora həm maddi, həm də mənəvi yardımlar edib. Ərəblinskinin yaxın qohumu tərəfindən mütriflikdə günahlandırılaraq öldürülməsində Tağıyevin əlinin olduğu deyilir;

Sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə dövrün bütün mülkədarları kimi Tağıyevin də var-dövləti əlindən alınır, şəxsi mülkü müsadirə edilir Nəriman Nərimanovun göstərişi ilə Hacıya  yaşayış yeri seçmək hüququ verilir. O da Mərdəkandakı bağ evini seçir və ömrünün sonuna qədər burada yaşayır;

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. “El atası”nın dəfni böyük izdihama səbəb olub, xalqı onu son mənzilə yola salmaq üçün axışıb. Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib;

Öz vəsiyyətilə onu Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onların son görüşü zamanı Molla Abuturab Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq deyib: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün”.

Törə Zeynallı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı