Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı? - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?

Cəmiyyət A- A A+

Yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 27 yaşlı qadının həyat yoldaşını baltalaması hadisəsinin təfərrüatı üzə çıxıb.

Ednews qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə baş verən gün 1987-ci il təvəllüdlü Ceyhun İmaşov həyat yoldaşı Lalə İmaşovanı döyüb.

Belə ki, qısqanclıq zəminində evdə arabir mübahisələr yaradan Ceyhun səhər saatlarında arvadına xəsarətlər yetirib. Bu zaman Lalə həyətdə əlinə keçən baltanı götürüb və ərinin baş nahiyəsinə bir dəfə ağır zərbə endirib.

C.İmaşov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ərini yaralayan L.İmaşova tutulub və barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...