Ucarda təcili yardım maşını aşıb.
Ednews Bizim.Meida-nın Aran bürosuna istinadən xəbər verir ki, Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Hadisə Ucar-Göyçay yolundakı körpüdə qeydə alınıb. Belə ki, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili Ucar-Göyçay yolundakı körpüdə toqquşub və hadisə nəticəsində təcili yardım maşını aşıb.
Qəza nəticəsində 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri -1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.
Yaralılar dərhal Ucar rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.