Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı XİN-dən açıqlama - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı XİN-dən açıqlama

Cəmiyyət A- A A+
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
 
Ednews  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatılnda bildiriçlir. 
 
Məlumatda qeyd olunur ki, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
 
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
 
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Allah şəhidimizə rəhmət eləsin!

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...