Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib
İran yerli KİV-lərinin verdiyi məlumata görə, təxminən 50 yaşlı kişi yanında 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobildə səfirliyin qapısına doğru hərəkət edərək, silahsız mühafizəçini hədələyib, silahla səfirliyə daxil olub və səfirliyin giriş qapısına atəş açmağa başlayıb.
Səfirliyə hücum zamanı 43 yaşlı mühafizə xidmətinin rəisi Orxan Əsgərov dünyasını dəyişib, 30-35 yaşlarında olan digər 2 əməkdaş isə biri əlindən və ayağından güllə yarası alıb, digəri isə fiziki xəsarətlər alıb.
Tehran Cinayət İşləri Müfəttişliyi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı açıqlama yayıb. Açıqlamada isə deyilir ki, Saxlanılan şəxs bu hücumun tamamilə şəxsi motivdə olduğunu bildirib. O bildirib ki, aprel ayında həyat yoldaşı Azərbaycan səfirliyinə gedib və bir daha geri qayıtmayıb. O həyat yoldaşının hələ də səfirlikdə olduğunu düşünərək səfirlə görüş tələb edib. Lakin dəfələrlə rədd edildiyi üçün hücum barədə qərar verib. Öncədən hazırladığı "Kalaşnikov" markalı avtomat silahı ilə bu gün səhər saatlarında səfirliyə hücum edib.
Məsələ ilə bağlı Ednews.net saytına politoloq Vüqar Zifəroğlu açıqlama verib.
Əbülfət Baxşəli