Nazpəri Dostəliyevaya növbəti ACI XƏBƏR - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Nazpəri Dostəliyevaya növbəti ACI XƏBƏR

Cəmiyyət A- A A+

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirilib.

Ednews axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl onun səhhəti pisləşib və xəstəxanaya aparılıb.

Zeynəb Dostəliyeva hazırda həkim nəzarətindədir. Onun ciyərlərində problem var.

Nazpəri Dostəliyeva "Moderator"a xəbəri təsdiqləyib.

"Zeynəb bacım xəstəxanadadır. Qəfildən bu yeni yayılmış qriplərdən oldu, ona görə də xəstəxanaya yerləşdirdik. Səhhəti pisləşdi deyə xəstəxanaya aparmağa məcbur olduq. İnfeksiya olub, o da bədənini zəhərləyib. Mən bu haqda heç kimə deməmişəm, yəqin ki, eşidib, yaxud görüb yazıblar. Neçə vaxtdır qanıqara halda xəstəxanadayam. Hələ ki, həkim nəzarətindədir, görək onlar nə deyir?! İnşallah ki, yaxşı olar. Çox pis infeksiya və qriplər yayılıb, özünüzü qoruyun. Mən heç özümü qoruya bilmirəm" deyə sənətkar bildirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...