Borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılıb - DİN - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılıb - DİN

Cəmiyyət A- A A+
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
 
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...