Nazir müavini: “Azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər” - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Nazir müavini: “Azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər”

Cəmiyyət A- A A+
“Yeni hesablamalara əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təmizlənməsi 30 ilə qədər çəkə bilər”.
 
Ednews  xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
 
“2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - xarici işlər nazirinin müavini bildirib.
 
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb.
 
Bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır.
 
Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir. Prosesə hakim Coan Donohyu sədrlik edir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...