Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

Cəmiyyət 21:14 31.01.2023

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda kollegiya iclası keçirilib.

Ednews xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.

Çıxış edən nazir 2022-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz dahi Heydər Əliyevin ideya və amallarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək respublikamızın sosial-iqtisadi tərəqqisini, beynəlxalq reytinqlərdə dayanıqlı inkişafına görə yüksək pillədə qərarlaşdığını vurğulayıb.

Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız dövlətimizin öz gücü hesabına sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.

İclasda torpaqlarımızın bərpasına ciddi əngəl törədən ərazilərimizin minalanması və bu məsələdə dəstək göstərilməsi ilə bağlı nazirlik tərəfindən bir çox xarici və beynəlxalq tərəfdaşlara müraciətlər edildiyi diqqətə çatdırılıb.

Kollegiyada nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunaraq məlumat verilib ki, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılaraq ötən il 15 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İl ərzində e-xidmətlərindən istifadə sayı 2.4 milyonu ötüb.

Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. İl ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur. Eyni zamanda boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

İclasda yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi üzrə görülən tədbirlər qeyd olunub, nazirlik tərəfindən inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hazırlanmış 2022-ci il üzrə İllik Məruzə müzakirə olunaraq Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada nazir müavinlərinin, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin, nazirliyin struktur və regional ədliyyə qurumlarının rəislərinin çıxışları dinlənilib.

Görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar qeyd olunub, dövlət başçısının insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl edilməsi, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərin daim rəhbər tutularaq nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət olunması vurğulanıb.

Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin ölkə Prezidentinin tələbləri səviyyəsində müasirləşdirilməsi, büdcə vəsaitlərindən qənaətlə istifadə olunması, məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, probasiya sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi ilə bağlı və digər aidiyyəti konkret tapşırıqlar verilib.

Nazir F.Məmmədov ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olduğunu xüsusilə vurğulayıb. Bu münasibətlə nazirlik tərəfindən keçirilən silsilə tədbirləri, o cümlədən gənc ədliyyə işçiləri ilə, bölgələrdə vətəndaşlar və hüquq ictimaiyyəti ilə keçirilən konfrans və “açıq qapı” günlərini, nazirliyin saytında yenicə yaradılmış “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasını qeyd edib. 2023-cü ildə ədliyyə işçilərinin xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirmək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını vurğulayıb.

Sonda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı