Polisin qanuni tələbinə məhəl qoymayan sürücü SAXLANILDI - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Polisin qanuni tələbinə məhəl qoymayan sürücü SAXLANILDI

Cəmiyyət A- A A+

Yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, yanvarın 23-də WO 39922 qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxta doğru hərəkət etməyə cəhd göstərəkən DYP əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə Ednews-a Baş Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Sənədlərə baxış zamanı sürücü E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkar edilib.

O, polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq olaraq məsuliyyətə cəlb olunub. 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir, eyni zamanda bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...