Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları necə təmin ediləcək? - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları necə təmin ediləcək?

Cəmiyyət A- A A+
Prezidentin müvafiq fərmanına əsasən, pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək ki, bu da istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyaları və aqrar kreditlərdən müntəzəm olaraq yararlanmasına imkan verəcək.
 
Ednews xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib.
 
“Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində icra olunan layihədə aqrar sahənin əsas parametrlərini özündə əks etdirən məlumat bazası yaradılıb. Əkin sahələrinə dair məlumat bazasının yaradılması ilə kənd təsərrüfatında idarə ediləbilən əkinçilik mexanizminin formalaşdırılması nəzərdə tutulub”, - deyə o əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...