Bakıda II Bakı Elm Olimpiadası keçiriləcək - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Bakıda II Bakı Elm Olimpiadası keçiriləcək

Cəmiyyət A- A A+
Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.
 
Bu barədə Ednews Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən məlumat verir.
 
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
 
Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq.
 
Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 5 fevral 2023-cü il tarixinədək elektron qeydiyyatdan keçməlidirlər.
 
Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...