“Bələdiyyələrin şəhid ailələrinə torpaq ayırmağa imkanı çatmır" - Siyavuş Novruzov - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Bələdiyyələrin şəhid ailələrinə torpaq ayırmağa imkanı çatmır" - Siyavuş Novruzov

Cəmiyyət A- A A+
“Bu günə qədər bələdiyyələrə məxsus torpaqların, örüş yerləri və digər təyinatlı sahələrin xəritələri hələ də verilməyib”.
 
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
 
“Xüsusilə də, Vətən müharibəsindən sonra qazilər, şəhid alilələri bələdiyyələrə üz tuturlar. Lakin bələdiyyələrin imkanı çatmır ki, həmin şəxsləri ev tikintisi üçün torpaq sahələri ilə təmin etsinlər.
 
Digər tərəfdən yüz minlərlə qanunsuz tikili bələdiyyə ərazisində tikilib. Lakin bələdiyyənin səlahiyyəti yoxdur ki, onlardan vergi toplasın, yaxud da məhkəməyə müraciət etsin.
 
Ona görə də ilk növbədə bələdiyyəyə məxsus torpaqların xəritəsinin verilməsi və torpaq mülkiyyətçisinin dəqiqləşdirilməsi lazımdır”, - deyə komitə sədri əlavə edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...