Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması həm də Azərbaycanın parlaq gələcəyidir.
Ümumiyyətlə bu gün dövlət Gənclər siyasətini necə yürüdür? Nə kimi tədbirlər görülür?
Məsələ ilə bağlı Milli Məclisin Gənclər Komitəsinin üzvu, deputat Vüqar İskəndərov Ednews-a açıqlamasında bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Gənclər Siyasəti ölkədə inkişaf etməyə başladı:
“Ulu Öndər hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə Gənclər və İdman Nazirliyini, 1997-ci ildə isə Gənclər Gününü təsis edərək ölkədə gənclərin siyasətini formalaşdırdı. Prezident İlham Əliyev də bu gün gənclərə xüsusi diqqət və qayğı göstərir. Gənclər Fondunun, gənclərə prezident təqaüdünün, mükafatının təyin edilməsi buna bariz nümunədir. Bu gün gənclərimizin səsi idman meydanlarından, mədəniyyət sahələrindən, elmi konfranslardan, beynəlxalq tribunalardan gəlir. Düşünürəm ki, bu gün azərbaycan gənci öz bayramını şərəflə qeyd edir. Çünki, müzəffər xalqın gəncidir!”
Aytən Yaşar
