Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ölkənin 2022-ci il turizm nəticələrini açıqladı

Cəmiyyət 17:03 02.02.2023
Türkiyə, pandemiyadan sonra böyük bir geri dönüş ilə 2022-ci il üçün turizm nəticələrini  və növbəti 5 il üçün strategiyasını açıqladı.
 
Türkiyə Gömrük İdarəsinin məlumatına əsasən, Türkiyənin 2022-ci ildə qəbul etdiyi turist sayı 51,4 milyonu  keçərək, pandemiyadan əvvəlki 2019-cu ilin rekord göstəricisi olan 51,8 milyonun 99%-ni təşkil edib. Bu rəqəmlə Türkiyə dünyanın 3-cü ən böyük turizm bazarı oldu.
 
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, bu gün ölkənin 2022-ci il üçün olan turizm göstəricilərini açıqlayıb. Ersoy bildirir:  "2022-ci ilin sonuna qədər qlobal turizmin ziyarətçi məlumatları pandemiyadan əvvəlki dövrlə  müqayisədə 65% bərpa olunub, lakin Türkiyə demək olar ki pandemiyadan əvvəlki rəqəmlərə çatıb. Turizm gəlirlərindəki artım daha da qənaətbəxşdir; belə ki, 2022-ci ildə Türkiyənin turizm gəlirləri 2019-cu illə müqayisədə  19% artımla rekord qıraraq 46,3 milyard dollara çatıb. Bu nəticələr pandemiyadan sonra Türkiyənin böyük bir geri dönüş etdiyini təsdiqləyir və 2028-ci ilin sonuna qədər 90 milyon turist gətirəcəyimizə və 100 milyard dollar turizm gəliri əldə edəcəyimizə inanırıq” deyə qeyd edib.
 
"Türkiyə qlobal tanınma fəaliyyətlərini artıracaq və dayanıqlılığa diqqət yetirəcək”
 
Mehmet Nuri Ersoy sözlərinə belə davam edib: "Növbəti 5 ildə hədəflərimizə çatmaq üçün bazarın çeşidləndirilməsinə, müəyyən bölgələrimizin və məhsullarımızın qlobal tanınmasına və brendləşməsinə, dayanıqlı   turizm ekosisteminin yaradılmasına diqqət yetirəcəyik. Türkiyə, Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) ilə hökumət səviyyəsində əməkdaşlıq müqaviləsi imzalayan ilk ölkədir. Qlobal Dayanıqlı Turizm Şurası ilə müqaviləmizdə,  2030-cu ilin sonuna qədər 3 addımlı plan nəzərdə tutulur və bu vaxta qədər ölkəmiz 100% dayanıqlı turizm ekosisteminə sahib olacaq. Brendləşmə və qlobal tanınma fəaliyyətlərimiz ildən-ilə artacaq və 2028-ci ilin sonuna qədər ölkəmizin bütün turizm və mədəniyyət təkliflərini dünyaya təqdim edən ümumi 9 destinasiya və 20 məhsuldan ibarət olan alt brendimiz  olacaq. Kommunikasiyada müxtəlifliyi və dayanıqlılığı davam etdirərək, 2028-ci ilə qədər 225 milyon dollarlıq satış kommunikasiyası büdcəsi ilə fəaliyyət göstərəcəyik”.
 
Türkiyə turizmin təşviqi fəaliyyətlərində müəyyən sahələrə diqqət yetirəcək; İnanc, Qastronomiya, Velosiped Turizminə xüsusi diqqət yetirməklə İdman Turizmi və MICE əsas diqqət çəkən məqamlar olacaq.
 
Türkiyə ilin 12 ayı ərzində 81 şəhərində turizm təchizatını çeşidləndirməklə yanaşı, Sağlamlıq Turizminə  də diqqət yetirəcək. Arxeoloji cazibə nöqtələri yaradan Türkiyə, dünyanın ən qədim Neolit abidəsi olan Taş Tepeler bölgəsində arxeoloji qazıntıları davam etdirəcək, İzmirdə və Likya Yolu daxilində Side-Antalya, Göreme-Kapadokiya, Bergama və Asklepion ərazilərində yeni arxeoloji parklar açacaq.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
Hamısı