Naxçıvanda 2 gün öncə direktor təyin edilən şəxs bugün işdən çıxarıldı - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Naxçıvanda 2 gün öncə direktor təyin edilən şəxs bugün işdən çıxarıldı

Cəmiyyət A- A A+

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub. 

Ednews APA-ya istinadən xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb. 

​​​​​​​Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.


Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...