Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov müəyyən olunaraq saxlanılıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat yayılıb.
Faktla bağlı araşdırma aparılır.