Şamil Ayrım - “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, daha güclüdür” - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Şamil Ayrım - “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, daha güclüdür”

Cəmiyyət A- A A+

“Azərbaycan Qarabağ məsələsində Qələbə qazandı, haqq-ədaləti bərpa etdi. Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq”. 

Ednews xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım fevralın 4-də Qərbi Azərbaycan İcmasında görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib. 

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gündən-günə daha da möhkəmləndiyini vurğulayan türk parlamentari bildirib ki, iki ölkənin dövlət başçıları və xalqları arasında birliyin bütün dünyaya örnək ola biləcəyini bildirib. 
“Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan mövcuddur. Bu gün qardaş Azərbaycanın yanında da Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün yol xəritəsidir. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdiririk”, - deyə deputat qeyd edib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...