Azərbaycanda bu hallarda mallar gömrük rüsumundan AZAD EDİLƏCƏK - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanda bu hallarda mallar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Cəmiyyət A- A A+

Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib. 

Ednews xəbər verir ki, Baş nazir Əli Əsədov “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik barədə qərar imzalayıb. 

Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib. 

Qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...